Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

İran prezidenti danışıqlarda yekun addımlara çağırıb

"Altılıq" ölkələri nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün son addımları atmalıdır. "RİA Novosti" xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı bildirib.
"Biz həssas bir mərhələyə çatmışıq. İran danışıqları zamanı kifayət qədər güzəştlərə gedib, indi əks tərəf son addımlarını atmalıdır", - Ruhani vurğulayıb.
Telefon danışığı zamanı hər iki siyasətçi İrana qarşı sanksiyaların ləğv olunmasının zəruriliyini qeyd edib.
Martın 26-da İsveçrənin Lozanna şəhərində İran və "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqların növbəti raundu başlayıb. Tərəflər martın sonunadək razılaşmanın siyasi tərəfini və iyunun sonunadək isə ümumi razılaşmanın hazırlanması üçün diplomatik səylər göstərir.
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber