Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Polis deyir, get kişi işi ilə məşğul ol, teatr nədir? - ODA

Əməkdar artistin teatrını bağladılar

Noyabrın 23-də “Oda” teatrının fəaliyyət göstərdiyi zirzəmi polis işçiləri tərəfindən bağlanmışdı. Elə həmin gün teatrın təsisçisi, eyni zamanda direktoru Elmin Bədəlov və Azərbaycanın əməkdar artisti İlqar Cahangir Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinin 14-cü sahə məntəqəsinə aparılıb izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Noyabrın 24-ü, bazar günü İlqar Cahangirin ifasında “İtən vaxt” monotamaşası oynanılıb. Səhəri gün, noyabrın 26-sı zirzəminin sahibəsi teatra gələrək, 5 gün ərzində zirzəmini boşaltmaları haqda xəbərdarlıq edib.

“Axar.az”a açıqlama verən Elmin Bədəlov bildirib ki, polis onlara dekabrın birinə kimi vaxt verib, daha sonra da zirzəminin sahibəsinə zəng vuraraq onları zirzəmidən çıxarmasını tapşırıb: “Polis deyir, get kişi işi ilə məşğul ol, teatr nədir? Mən oranı icarəyə götürmüşdüm. Müqavilə mənimlə yer sahibinin arasında bağlanmışdı. İndi yerin sahibəsi deyir ki, çıxın, mən problem istəmirəm. Həmin müqavilə uzunmüddətlidir. Qanunla bizi çıxara bilməzlər. Çıxarmaq üçün hər hansı bir əsas gətirməlidirlər. Oraya nə isə ziyan dəysə onda əsasları olar. Hətta əsasları olsa belə, xəbərdarlıq etdikləri gündən düz bir ay sonra çıxarmalıdır. Müqavilədə belə yazılıb. Ancaq buna baxan yoxdur və deyirlər ki, ayın 1-də tərk edin oranı”.

“Qonşuların şikayət etməsi söhbəti yalandır. Çünki yer sahibi və qonşular özləri deyirlər ki, heç bir şikayət olmayıb. Sadəcə olaraq, ölkədə nə qədər xalq teatrı var idisə, hamısının binasını söküb, bağladılar. Bizi də elə etmək istəyirlər. Çünki biz fərqli tamaşalar hazırlayırıq, digər teatrların cəsarət edib qoya bilmədiyi əsərləri biz səhnələşdiririk. Həmçinin müstəqil fikirli gənclər yığılıb bizim tamaşamıza gəlirlər. Bundan narahatdırlar. Amma bütün bunlara baxmayaraq, biz son fürsətdən yararlanacağıq. Və tamaşaçılarımızın istəyini nəzərə alıb şənbə günü tamaşa nümayiş etdirəcəyik. Əslində biz hər şənbə bir dəfə tamaşa nümayiş etdirirdik. Amma bütün baş verənləri bizə qarşı haqsızlıq hesab edib, qarşılığında gün ərzində bir dəfə yox, 3 dəfə tamaşa göstərəcəyik. Səhər, günorta və axşam. Bunun üçün arada fasilə lazım olacaq ki, növbəti tamaşaya hazırlaşaq. Mümkün olsaydı, dayanmadan səhərdən axşamadək tamaşa göstərərdik”.

Qeyd edək ki, “Oda” teatrı bu il iyulun 15-də “Evlənmə” tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. İki ay əvvəl teatr “ISR Plaza” otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçmüşdü.
- See more at: http://axar.az/news/2511#ad-image-0
1908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22