Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Ağsuda dəhşətli qətliam

Bu gün səhər saatlarında Ağsuda müdhiş qətl hadisəsi baş verib.

Qeyd edək ki, rayon sakini 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu həmyerlisi, 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu qətlə yetirdikdən sonra 1961-ci il təvəllüdlü Mahir Mirzəyevin “Ata yurdu” kafesinə gəlib. Daha sonra R.Ələkbərov ov tüfəngindən açdığı atəşlə M.Mirzəyevi qətlə yetirib.

Mərhum M.Mirzəyevin köhnə, balaca kafesində olub. Hadisə şahidlərinin sözlərinə görə, “Renault” markalı avtomobil ilə restorana gələn Ramiz Mahirə iki dəfə atəş açıb. Qarın boşluğundan və boynundan yaralanan Mahir elə hadisə yerindəcə keçinib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, R.Ələkbərovla M.Mirzəyev arasında heç bir ədavət olmayıb.

Xatırladaq ki, öldürülən M.Mirzəyev xalq artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğludur./axar/
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı