Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

Muqtəda Sədrin Ərəbistana xəbərdarlığı!

Nur-az.com farsnews.com-a istinadən:
İraq Sədr Hərəkatının rəhbəri Muqtəda Sədr regionda baş verən hadisələrlə, xüsusən, Yəmənə təcavüzlə əlaqədar verdiyi bəyanatda Ərəbistanın başçılığı ilə bir sıra ərəb ölkələrindən ibarət təşkil edilən kampaniyaya xitabən bildirib ki, xalq və millətlərin öz taleyini həll etməyinə mane olmayın, Yəmənin ərazilərinə hərbi müdaxilə də, onun hansı xüsusda və kimin xeyrinə olmasına baxmayaraq, bu əziz xalqın daxili işlərinə qarışmaqdır. Doğrusu, bu təcavüz müsəlman və ərəb ölkələri arasında vəhdətin əleyhinədir. Bir müddət qabaq bu ölkədə bir zalım gorbagora (Səddam Hüseyn) görə, xalqımızın minlərlə üzvü qurban gedib, indi də onun başqa bənzərini (Yəmənin istefa vermiş prezidenti Mənsur Hadi) kürsüdə saxlamaq istəyənlərin ucbatından o xalqın canları qurban gedəcək. Ərəbistan başda olmaqla ona qoşulan ərəb ölkələri regiondakı xalq və millətlərin dərd və yaralarına məlhəm qoymaqda qətiyyət göstərsinlər, ölkələrin daxili işlərinə qarışmaqdan, tayfa-sinif münaqişələrini alovlandırmaqdan çəkinsinlər. Ərəbistanın bu münaqişəyə müdaxiləsinin aqibəti hökmən pis olacaq.
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber