Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

3 ayda 218 qəza, 62 ölü

2015-ci il yanvarın 1-dən martın 29-dək Bakı şəhərində 218 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 62 nəfər ölüb, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, bu müddət ərzində yollarda təhlükəsizlik tədbirləri aparılarkən yol polisi əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü saxlanılıb. Eləcə də, qəza şəraiti yaratdığına görə 677, polisin saxla əmrinə tabe olmadığına görə 864, avtoxuliqanlığa görə 206, işıqforun qırmızı işığında hərəkət etdiyinə görə 3781, sürət həddini aşdığına görə 1764, avtomobili dövlət nömrə nişanı olmadan idarə etdiyinə görə 116, sənədləri olmadan avtomobilin idarə edilməsinə görə 932, sərnişindaşıma qaydalarını pozduğuna görə 660, ötmə-manevretmə qaydalarını pozduğuna görə 3224, yolayırıclarını keçmə qaydalarını pozduğuna görə 39529 sürücü saxlanılaraq barələrində inzibati protokol tərtib edilib.

Bundan əlavə, yol hərəkəti qaydalarını pozan 24845 piyada qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilib.

Mərkəzi Məlumat Xidməti tərəfindən avtomatik qaydada 55438 fotomaterial hazırlanaraq müvafiq tədbirlər görülməsi üçün aidiyyatı ünvanlara göndərilib.

V.Əsədov sürücü və piyadalara müraciət edərək bir daha onları yollarda maksimum diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber