Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2015

İraqda İŞİD-in kökü kəsilir

İraqın Tikrit şəhərində İŞİD silahlılarına qarşı mübarizə fasiləsiz davam edir. Ötən gün ordu qüvvələri silahlıların mövqelərini ağır hərbi texnika və raketlərdən atəşə tutublar.

Əməliyyatlara komandanlıq edən general-leytnant Abdul Vahab əl-Sədi döyüşlərdə üstün olduqlarını bildirib: “Ordumuz irəliləyir. Yeni Uca ərazidinə daxil olmuşuq. Bir neçə saat ərzində buranı azad edib, Tikritin xəstəxana yerləşən ərazisinə daxil olacağıq”.

İraq prezidenti Fuad Məsum Ərəb Liqasının iclasında çıxışı zamanı ölkəsində 1 ilə yaxındır ki, davam edən iğtişaşların qarşısını almaq üçün bütün siyasi tərəfləri danışıqlar masası arxasına dəvət etməyə hazır olduğunu deyib.

“İraq bütün siyasi partiya və təriqətlərin iştirakı ilə milli barışıq elan etməkdə maraqlıdır. Təkcə terrorçularla danışıqlar aparmayacağıq”- deyib Fuad Məsum.

Məsum İraqda hazırda 9 vilayətdə 2 milyondan çox qaçqının olduğunu və bu vilayətlərin ağır maliyyə problemləri ilə qarşı-qarşıya olduğunu deyib./ans/
667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 09:2