Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Ərdoğanın demokratiyada yeri yoxdur – CHP lideri

"Ərdoğanın demokratiyada yeri yoxdur."

SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, bu, Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun Amerikada nəşr edilən “Wall Street Journal” qəzetində nəşr edilən məqaləsində yazılıb.

Həftəsonu Vaşinqtona getməyə hazırlaşan K.Kılıçdaroğlu məqalədə Ərdoğan hökumətini kəskin şəkildə tənqid atəşinə tutub.

“Türkiyədə demokratiya Ərdoğan və AKP siyasəti nəticəsində təhlükə altındadır. Ölkəmiz demokratik bir rejimdən iqtidardakı bir nəfərin ətrafında qurulmuş, açıq-aşkar avtoritar və təcavüzkar bir rejimə doğru sürətlə sürüklənir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın demokratiyada yeri yoxdur. CHP Türkiyədə həqiqi demokratiya və fundamental azadlıqların bərpası üçün çalışacaq.”, - məqalədə belə deyilir.
1701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber