Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Bəşər Əsəd İran və Rusiyanın yardımından danışdı

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın “CBS” telekanalına müsahibəsində bəyan edib ki, Moskva Dəməşqin etibarlı tərəfdaşıdır və dünyada sülhün bərqərar olmasını istəyir.

“Onlar (Rusiya) dünyada balansın olmasını istəyir. Bu yalnız Suriyaya aid məsələ deyil”, - deyə Əsəd bildirib.

Prezident vurğulayıb ki, Rusiya həm Suriyada həm də dünyanın başqa regionlarında sabitliyin və siyasi münaqişələrin həll olunmasını istəyir. Əsəd qeyd edib ki, Rusiya gələcəkdə güclü və nüfuzlu dövlət olmaq istəyir.

Prezident qeyd edib ki, Rusiya və İran Suriya hakimiyyətindən heç nə tələb etmədən regionda gərgin vəziyyətin həll yollarının axtarılmasında iştirak edir: “Onlar bunu region, dünya üçün edirlər. Çünki sabitlik onlar üçün olduqca vacibdir”.
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP