Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Bakıda məktəbli oğlan bıçaqlandı

Bakıda 17 yaşlı oğlan bıçaqlanıb

Hadisə martın 27-də saat 22 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 115 ünvanının qarşısında baş verib. Naməlum şəxslər xuliqanlıq zəminində 1998-ci il təvəllüdlü Cəfərov Nicat Bəykişi oğluna çoxsaylı xəsarətlər yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan N.Cəfərov 10-cu sinif şagirdidir. Onu bıçaqlayan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır./lent.az/
482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber