Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Nemtsov qətlinin sifarişçisi bəlli oldu

“Qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun cinayətində Ruslik adlı yeni fiqur peyda olub”.

Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb.

Qəzetin yazdığına görə, şübhəli bilinən Zaur Dadayev Ruslik adlı şəxsin cinayət törədilərkən onları avtomobil və silahla təmin etdiyini deyib. Bundan başqa, məlumatda Rusiya İstintaq Komitəsinə Ruslik kimi təqdim olunan şəxsin ad və soyadının məlum olduğu, lakin hələ ki bu xəbərin açıqlanmadığı deyilir. Ruslik adlı şəxs cinayəti törədənlərin hərəsinə 5 milyon rubl söz verib. İstintaqın məlumatına görə, Nemtsov cinayətinin təşkili və sifarişçisi məhz o ola bilər.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber