Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Bakıda 3 intihar: özünü asdı, turşu içdi, biləyini doğradı

İntihar edənlərin üçü də kişidir

Qaradağ rayonunda intihar hadisəsi qeydə alınıb. Qızıldaş qəsəbəsində 1983-cü il təvəllüdlü Nəsirov Elmar Baloğlan oğlu özünü yaşadığı evdə asıb.

32 yaşlı kişinin şərfdən asılı vəziyyətdə qalan meyitini yaxınları aşkarlayıb.

Xəzər rayonunda da intihar hadisəsi baş verib. Binə qəsəbə sakini, 1965-ci il təvəllüdlü Baloğlanov İlham Buludxan oğlu özünü öldürmək məqsədi ilə sirkə turşusu içib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən 50 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Daha bir intihar hadisəsi Binəqədi rayonunda qeydə alınıb. 21 yaşlı Şirin Quliyev qarın və sol qolunu ülgüclə kəsib. Çoxlu qan itirən gənc oğlan ağır vəziyyətdə 6 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb./lentaz/
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16,