Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Bərdədə gərginlik: Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib

Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam qaçqını mənzil probleminə görə etiraz edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bu dəqiqə Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri dönməyəcəyini bildirən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.

Aksiya iştirakçılarından Sabir Əzimov sayta bildirib ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib: "Mən özüm Kəlbəcər qaçqınıyam. Evləri bizə pulla satırlar. Dövlət tərəfindən tikilən evlərə görə rüşvət istəyirlər. Ona görə də, qərara aldıq ki, aksiya keçirək. İndi də polislər birinci qrup Qarabağ əlilini döydülər. Aksiyamız isə davam edir".

Aksiya iştirakçıları bildiriblər ki, hazırda qarşıdurma davam edir və polis aksiyaya müdaxilə edib.
"Azadlıq"ın bölgə müxbirinin məlumatına görə, aksiya keçirənlər Bərdə yerləşən 105 saylı peşə məktəbində məskunlaşan Xocalıdan və Ağdamın cəmilli kəndindən olan məcburi köçkünlərdir. Etiraza səbəb məcburi köçkünlərin Bərdədə "Qaçqınkom" tərəfindən tikilən evlərin siyahısından çıxarılması olub. Aksiya iştirakçıları müxbirimizə bildirib ki, onlar ev siyahısında olsa da, bu günlərdə siyahıdan çıxarıldıqlarını öyrəniblər. Onlara Göranboy rayonunda mənzil üçün növbəyə dayanmaq məsləhət görülüb. Buna etiraz edən yüzlərlə məcburi köçkün Bərdə-Ağdam yolunu bağlayıblar. Polis və icra hakimiyyəti nümayəndələri aksiya iştirakçıları ilə görüşərək məsələni yola qoyacaqlarını söz veriblər. Aksiya iştirakçıları isə məsələ həll olunmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bildiriblər./azadlıq/
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı