Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

Əsəddən Ərdoğana ağır sözlər

Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.

CBS telekanalına müsahibə verən Dəməşq rəhbəri Ərdoğanı "Müsəlman Qardaşları fanatı" adlandırıb:

"Ərdoğan siyasi maniyadan əziyyət çəkir. 21-ci əsrin yeni dövrünün sultanı olacağını düşünür. O, sadəcə, Suriyaya gələn terrorçuları görməzlikdən gəlmir, eyni zamanda, təchizat və hərbi yardımlar edir. Həqiqətən. Gündəlik olaraq".

Jurnalistin "ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları Dəməşq hökumətinə nə qədər fayda verir", - sualını cavablandıran Əsəd əməliyyatlar başlayandan bəri İŞİD-in daha da gücləndiyini bildirib:

"İŞİD indi daha da böyüyüb. Koalisiya qüvvələrinin əməliyyatı başlayandan bəri hər ay Suriyadan min nəfər İŞİD-ə qoşulur. Təşkilat İraq və Liviyada getdikcə genişlənir. Hər şeyin səbəbkarı Səudiyyə Ərəbistanıdır. Bu ölkənin siyasi sistemi ilə vəhhabi ideologiyası birləşib".
796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP