Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

“Səudiyyə Ərəbistanı tezliklə cavabını alacaq”

“Ərəbistan yaxın günlərdə gözlənilməz hadisələrin şahidi olacaq”.

Bu açıqlama ilə Ənsarullah hərəkatının (Husilər) media komitəsinin üzvü Nəsrəddin Amir çıxış edib. O, Ərəbistana sərt şəkildə xəbərdarlıq edib:

“Yəmən problemi Ərəb Liqasının iclasından və ABŞ-a itaət edən rəhbərlərin əsassız açıqlamalarından daha genişdir. Ərəb Liqası ərəblər üçün bir iş görmür. Təkcə Ənsarullah deyil, Yəmən xalqı Ərəbistana ağır cavab vermək üçün hazırlanır. Ərəbistan yaxın günlərdə gözlənilməz hadisələrin şahidi olacaq və Yəmən xalqı regionun xəritəsini dəyişdirəcək. Ərəbistan bu müharibəyə başladı. Çünki Yəmənin azad bir ölkəyə çevrilməsindən və Səud rejiminin qərarlarına əməl etməməsindən qorxur”./simsar/

283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15