Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2015

WhatsApp-dan "iPhone" istifadəçilərinə müjdə

"iPhone" istifadəçiləri WhatsApp-la səsli zəng xidmətindən istifadə edə biləcək.

Facebook-un F8 konfransında bu barədə açıqlama verilib. Belə ki, WhatsApp-ın iOS üçün səsli zəng xidməti funksiyası bir neçə həftə ərzində istifadəyə veriləcək.

WhatsApp qurucularından olan Brian Akton dünən qatıldığı bir paneldə mesajlaşma proqramı haqqında maraqlı açıqlamalar verib. O bildirib ki, əvvəllər şirkət daha çox Android sistem üçün əlavə funksiyalar hazırlayırdı.

Ancaq hazırda WhatsApp-ın iOS versiyası təkmilləşdirilir. "iPhone" istifadəçiləri çox qısa zamanda yeni səsli zəngli xidmətindən istifadə edə biləcəklər./ans/
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
<