Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2013

Kiyevdə minlərlə tələbə küçələrə çıxdı

Bu gün yaxın minlərlə ukraynalı ali məktəb tələbəsi Ukraynanın avrointeqrasiaya proqramına qarşı çıxmasına etiraz əlaməti olaraq küçələrə çıxıb.

Ans-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, mitinqlər Kiyevdə və Ukraynanın digər iki şəhərində keçirilir. Kiyev Mogilyan Dövlət Universitetinin, Taras Şevçenko adına Dövlət Universitetinin tələbələrinin aksiyalara qoşulduğu xəbər verilir. Hər iki universitetin tələbələri Tras Şevçenko adına universitetə toplaşaraq oradan Avropa meydanına gediblər. Burada bir neçə yüz tələbə ilə birləşiblər.

Mitinqin koordinatoru tribunadan aksiyaları noyabrın 29-a kimi davam etdirməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna hökumətinə noyabrın 29-da Vilnüsdə keçiriləcək sammitdə Avropa İttifaqı ilə müqavilə bağlamağa vaxt verilib.

Tələbələrin bildirdiklərinə görə, ali məktəb rəhbərliyi onlara mitinq keçirməyə icazə verməyib və dərs proqramında da mitinqlə bağlı heç bir dəyişiklik edilməyib.
1949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35