Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2015

Gürcüstan ruhaniləri Yəmənlə bağlı bəyanat verdi

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi və Ruhanilər Şurası Yəmənlə bağlı bəyanat verdi

İnterAz-ın verdiyi məlumata görə, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi və Ruhanilər Şurası Yəmənlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

Bağışlayan və Mehriban Allahın adı ilə
«De: Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
(Ənam surəsi, 135-ci ayə)
Dövlətlərin sülh və əminəmanlıq şəraitində yaşamaq hüququna malik olması dünya səviyyəli təşkilatların bəşəriyyətə təqdim etdiyi hüquq konvensiyalarının əsas hissəsini təşkil edir. Eyni zamanda ölkələrdə xalqların seçim və istəkləri ilə kimlərinsə hakimiyyətdə olması da həmin ölkə vətəndaşlarının azad seçiminə bağlıdır. Digər ölkələr kimi Yəmənin dövlətdaxili seçiminə kobud şəkildə müdaxilə edərək irtica siyasətini sərgiləmək də heç bir vəchlə beynəlxalq hüquq normalarına sığmır.

Bu gün Səudiyyə və bir neçə onunla həmrəy olan dövlətlərin Yəməndə qruplar və partiyalar arasında razılıq və uzlaşma yaratmaq, dialoq və müzakirələr əsasında barışıq və sabitlik sağlamaq əvəzinə var gücləriylə xalqın başına göydən od yağdırmaqları nə müsəlmançılığa nə də insanlığa yaraşan davranış deyil. İşğalçı qüvvələrin atdığı addımı təkrarlayanlara, hadisəyə məzhəb təəsübbkeşliyi kimi yanaşaraq haqsızlığa və zülmə dəstək olanlara haqq qazandırmaq da bir növ haqsızlıqdır. Bir qardaş məzhəbin adından istifadə edərək təcavüz etmək də elə həmin məzhəb mənsublarının haqqını taptalamaqdan başqa bir şey deyildir. Çünki, heç bir həqiqi Hz. Məhəmməd (s) ümməti olan müsəlman körpələri, qocaları və qadınları gecə saatlarında bombalayaraq qətlə yetirməz.

Bu çirkin addım mənfur və heagmon təfəkkürlü zalim rejimlərin adətidir. Ona görə də unutmayaq ki, İslam vəhdətinə ehtiyac duyulduğu və Fələstin, Suriya, İraq, Əfqanıstan, və s. kimi torpaqlarda müsəlmanların qırğın yaşadığı bir vaxtda Yəməndə baş verənləri şiə -sünni müharibəsi kimi qələmə vermək müsəlman ölkələrini biri-birinin canına salmaq istəyən düşmənlərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Biz, Gürcüstan Müsəlmanları (Cəfəri məzhəbinə mənsub) Ruhanilər Şurası adından Səudiyyə höküməti və yandaşları tərəfindən dinc və məzlum Yəmən xalqına edilən qırğınları qətiyyətlə qınayır, hücumların dərhal dayandırılmasını tələb edirik! Bu günahsız qətllərə səbəb olan hücumların insanlarda səbəbkarlara məğlubiyyət və nifrətdən başqa bir şey qazandırmayacağına əminik. Məzlum Fələstin, Suriya, Əfqanıstan, İraq və nəhayət Yəmən xalqına sülh, barışıq və həmrəylik arzuları və xeyir dualarla.
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi