Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2015

Səudiyyədən etiraf: Yəmən hücumu aylar öncə Amerika ilə planlaşdırılıb

Səudiyyənin ABŞ-dakı səfiri Adil əl-Cəbir bəyan edib ki, rəsmi Ər-Riyad Vaşinqtonla əlaqələnərək, aylar öncə müzakirələr apardıqdan sonra Yəmənə qarşı hücum təşkil edib.

Əl-Cəbir qeyd edib ki, Yəmənə hücum olunmamışdan öncə Səudiyyə və ABŞ rəsmiləri arasında bu mövzu ilə bağlı görüşlər keçirilib. Əl-Cəbir son həftələr ərzində isə ABŞ və Səudiyyə arasında görüşlərin daha sıx keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu görüşlərdə Yəmənin sabiq prezidenti Əbd Rəbbu Mənsurun yenidən tutduğu posta qaytarılması mövzusu müzakirə olunub.

Səudiyyənin ABŞ-dakı səfiri son olaraq əlavə edib ki, Səudiyyə və müttəfiqləri bu mərhələdə yalnız aviazərbələrlə hücumlarını davam etdirəcək və qurudan əməliyyatların keçilməsi nəzərdə tutulmur./Deyerler/
643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber