Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2015

Hakimiyyətin eşşək korrupsiyası

Minilməyə öyrənmiş heyvan büdcəni necə minir?

2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən diri halda alınıb gətirilən heyvanlara dair statistika açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il xaricdən ölkəmizə idxal olunan diri at, ulaq, qatır 29 baş olub ki, buna da 132,4 min ABŞ dolları xərclənib. 2014-cü ildə Azərbaycana xaricdən 6031 baş cins diri iribuynuzlu ev heyvanları (düyələr, inəklər, digərləri) gətirilib. Həmin heyvanlar 13175,3 min dollar dəyərində olub. 2014-cü ildə xaricdən 42 baş dəvə (48,2 min dollar dəyərində) alınıb.
Bu statistikanı uzatmaq da olar. Ölkəyə gətirilən diri heyvanlar arasında göyərçindən tutmuş, arıya qədər nə istəsən var.
Amma eşşək və atların ölkəyə gətirilməsi və buna 100 minlərlə vəsait xərclənməsi adamı çox düşündürür. Ümumiyyətlə, hakimiyyətin eşşəklərə marağı həmişə yüksək səviyyədə olub. Dəfələrlə mətbuat səhifələrində bahalı eşşəklərin alınması haqqında materiallar dərc olunub.
Atlara gəlincə, bunu daha çox məmurların hobbisi ilə əlaqələndirirlər. Belə ki, məmurlar at saxlamağa, satın aldıqları böyük sahələrdə at çapmağa həssasdılar. Eşşəklərin isə hansı məqsədlə alınması məlum deyil. Sadəcə olaraq bu məlumdur ki, büdcəmizdən 100 minlərlə vəsait eşşək idxalına xərclənir. Ölkə vətəndaşı 150-200 manatın əsirinə çevrilib, ölkəni böhran təhdid edir, müalicəyə ehtiyacı olan yüzlərlə uşaq var ki, pulsuzluğa görə xəstəliyə təslim olub. Hakimiyyət isə eşşəklərə investisiya yatırır. O 132 min dolları 29 baş eşşəyə xərcləməkdənsə, 29 insanı həyata qaytarmaq olardı.
Hər addımda müşahidə olunur ki, hakimiyyətin siyahısında insan amili sonuncu yerdə dayanır. Əminik ki, sabah o eşşəklərdən biri xəstələnsə, müalicə üçün xaricə də göndərərlər. Bu hakimiyətin “səxavət”i yalnız vətəndaşa növbə çatanda məhdudlaşır.
Ölkədə at, eşşək yoxdurmu? Ölkədə heyvandarlığı inkişaf etdirmək əvəzinə, büdcəni xarici eşşəklərə həvalə etmək talançılıqdır.
Bir sözlə, hökumətimizin nəyə görə eşşək almasının səbəbi bilinmir. Bəlkə də xarici eşşəyin anqırtısını eşitmək də hobbiyə çevrilib. Nəticə isə budur ki, eşşək vasitəsilə də büdcədən pul silinir. Eşşəyi də korrupsiyalarına şərik ediblər. Biz görmüşük ki, eşşəyi minərlər, yük daşıdarlar. Bizim ölkəmiz isə analoqsuz olduğu üçün eşşəklər büdcəni minə bilir./azadlıq/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı