Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Kılıçdaroğludan MİT-ə ittiham

CHP lideri Türkiyə hakimiyyəti və MİT-ini terrorda ittiham etdi

"Bir ölkənin Milli İstihbarat Təşkilatı özünə aid olmayan işlərlə məşğul olarsa, ölkənin prokurorlarının otağına da davulla, zurnayla hücum edərlər".

Bunu Türkiyənin əsas müxalifət partiyalarından biri olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu öz tvitter səhifəsində prokuror Mehmet Səlim Kirazın girov götürülməsinə münasibət bildirərkən yazıb.

Baş verən hadisədə hökuməti və Milli İstihbarat Təşkilatını günahlandıran Kılıçdaroğlu Türkiyədə işıqların söndürülməsini də hadisə ilə əlaqələndirərək onlara sual verib: "Prokurorun göz görə-görə girov götürülməsini seyr edən hökumət və istihbaratdan soruşmaq istəyirəm: bayraq, silah, plastik qandal kimi alətlərlə ədliyyəyə necə girdilər? Bunların ədliyyəyə keçirilməsində elektrik kəsilməsinin təsiri olubmu? Yoxsa elektrik enerjisi bu iş üçün qəsdənmi kəsilib? Ədliyyənin generatoru işləyirdisə, bunların içəri keçirilməsinə kimlər kömək edib? Hökumətin elektrik enerjisi kəsilən zaman "Terror hücumu ola bilər" açıqlaması onun bu hadisədə əli olduğununmu göstəricisidir? Ölkə təhlükəsizliyini və bütövlüyünü qorumaq sizin səlahiyyətinizə daxildirmi? Bir ölkənin Milli İstihbarat Təşkilatı özünə aid olmayan işlərlə məşğul olarsa, ölkənin prokurorlarının otağına da davulla, zurnayla hücum edərlər".
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 18:04