Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Vəhabilərin Yəmənə hücumu başlayandan 62 uşaq həlak olub

Səudiyyə Ərəbistanın Yəmənə hücumu başlayandan 62 uşaq həlak olub.

İnterAz-ın "RT"-yə istinadla verdiyi xəbərə görə, BMT-nin uşaq fondu UNİCEF son bir həftədə Yəməndə 62 uşağın həlak olduğunu və 30-nun yaralandığını bildirib. Təşkilatın Yəmən üzrə nümayəndəsi qarşıdurma tərəflərindən uşaqların həyatı və sağlamlığı üçün vacib olan bütün addımların atılmasını tələb edib.

Bu arada, BMT baş katibi Yəməndə iki gün öncə qaçqın düşərgəsində 45 mülki şəxsin ölümünə görə narahat olduğunu deyib. Baş katib Səudiyyə Ərəbistanının hücumlarını qınamadan Yəmən ərazisində endirilən hava zərbələri nəticəsində onlarla uşağın öldüyünü dilə gətirib.

Səudiyyə Ərəbistanının Yəmənə hücumu ötən gün də davam edib. Qırmızı dəniz sahilində Meydi limanı, əl-Hudeyda əyalətində sahil müdafiə və hava qüvvələrinin qərargahı, həmin əyalətdə süd və ərzaq məhsuları istehsal edən sex, əd-Dale əyalətində böyük hərbi qərargah və sair bölgələr və obyektlər hava zərbələrinə məruz qalıblar.

Yəmənin qeyri-rəsmi səhiyyə mənbələri Səudiyyənin son altı gün ərzindəki hücumunda ölənlərin sayının 150 nəfəri keçdiyini deyiblər.
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber