Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Pulla işə düzələn üç uşaq anası işsiz qaldı

Ştatda yer olmadığı deyilsə də onun yerinə başqası işə götürülüb

Üç uşaq anası olan Ağca Nuriyeva artıq neçə vaxtdır ki, işsiz qalıb. Məcburi köçkün olan Sabirabad rayonu Rüstəmli kəndində yaşayan qadın deyir ki, Mənzil-Kommunal İstismar Sahəsində xadimə kimi çalışıb.

Xanımın sözlərinə görə, bu işi tapmaqda ona Zəngilan Rayonu İcra Hakimiyyətindən köməklik göstəriblər. Ancaq işə düzəldiyi yerdən ondan 600 manat pul istənilib. Beləcə qadın işə düzəlib. Amma bir müddətdən sonra ixtisara salınaraq işini itirib.

Ağca Nuriyeva deyir ki, işdə qalması üçün ondan yenə də pul istəyirlər. İmkanı olmayan qadın beləcə işsiz qalıb, onun yerinə isə yaşlı bir qadını işə götürüblər.

“Mart ayının pulu köçürülməyib. Pənah müəllimin qəbuluna düşəmək üçün bura gəlsəm də, Pənah müəllim məni qəbul etmədi, başqası qəbul etdi. O isə mənə dedi ki, biz səni işlə təmin etməyəcəyik”, – deyə şikayətçi Ağca Nuriyeva qeyd edib.

Həyat yoldaşı rəhmətə gedən Ağca Nuriyevanın tək istəyi yenidən işinə bərpa olunmasıdır. Çünki üç övladını tək başına saxlamaq üçün maddi imkanı yoxdur. Övladının biri isə talassemiya xəstəsidir.

Rayonun icra hakimiyyətinin hüquq şöbəsinin müdiri təsdiq etdi ki, qadına işə düzəlmək üçün onlar tərəfindən kömək göstərilib. Yalnız onun işdən çıxarılması baş təşkilatda ixtisarlar zamanı baş verib. Ağca xanımın işlədiyi Mənzil-Kommunal Sahəsi isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabedir.

Məsələ ilə bağlı qurumdan məslhətçi Jalə Məmmədova isə bildirdi ki,hər rayonda müəyyən sayda ştat yeri təyin olunur. Həmin xanım isə bizdə ştatdan kənar işə götürülmüşdü. Bunun üçün onunla bir illik müqavilə bağlanmışdı. Müqavilənin müddəti bitdiyindən o qadın işdən azad olunub. Hazırda isə ştatda yer olmadığından o burada işləyə bilməz./ans/
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber