Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Hərbi xidmətə çağırış başlanır

Çağırışçılar hərbi xidmət yerini əvvəldən öyrənirlər

Aprelin 1-dən Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılacaq, eyni zamanda müddətli həqiqi hərbi xidmət qulluqçuları ehtiyata buraxılacaq.
Sərəncama əsasən 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş ölkə vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sabahdan etibarən müddətli həqiqi hərbi xidmətə aparılacaq çağırışçılar və onların valideynlərinə hərbi xidmət keçmə yeri haqqında məlumatlarla əvvəlcədən tanış olmaq imkanı yaradılıb.
Həqiqi hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmət keçmə yerini əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytından - buradan öyrənə bilərlər.
Həmçinin çağırışçılar, hərbi xidmət keçmə yeri haqqında məlumatı istənilən mobil operatorlardan 9100 nömrəsinə şəxsiyyət vəsiqələrinin yalnız nömrəsini (seriyasız) yazıb göndərməklə əldə edə bilərlər./modern/
750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber