Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Qazax Rayonlararası Ruhi Xəstəxanasında dəhşət

Xəstələr küçələrdə dilənməyə məcbur edilir

Qazax rayonunda yerləşən Ruhi Xəstəxanada dəhşətli faktlar ortaya çıxıb. «Olkexeber.com» saytına daxil olan məlumatla əlaqədar həmin ərazidə araşdırma aparan əməkdaşlarımız Qazax Rayonlararası Ruhi Xəstəxanasının qarşısında gördükləri mənzərədən dəhşətə gəlib. Xəstəxanada müalicə olunan xəstələrin rayon ərazisində diləndiyi məlum olub. Xəstələrdən biri bu barədə əməkdaşımıza dəhşətlər açıqlayıb. Xəstəxanada məskunlaşan və müalicə olunan xəstə bildirib ki, onlar müəssisənin rəhbərliyi tərəfindən işgəncələrə məruz qalır. Rəhbərlik xəstəkləri döyərək zorən dilənməyə, pul qazanmağa vadar edir. Xəstənin dediyinə görə müəssisə rəhbəri onlardan hər gün pul tələb edir. Hər gün səhər saatlarında ac-acına müəssisədən çıxarılan xəstələrə tapşırılır ki, axşama hər xəstə minumum 20-30 manat pul qazanmalıdır. Əks halda həmin xəstələrə nə yemək verilir, nə də onlar müəssisəyə buraxılmır. Çarəsiz qaqlan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirir.
Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət-Xəstələr küçələrdə dilənməyə məcbur edilir. Şəkildə gördüyünüz bu xəstə də dediyinə görə bir neçə ildir ki, həmin müəssisənin sakinidir. Həmin şəxs səhər saatlarında rayon ərazisinə dilənmək üçün göndərilib. Lakin pul qazana bilmədiyi üçün müəssisəyə buraxılmır, qapı qarşısında saxlanılıb.ŞOK! Qazax Rayonlararası Ruhi Xəstəxanada dəhşət-Xəstələr küçələrdə dilənməyə məcbur edilir.

ŞOK! Qazax Rayonlararası Ruhi Xəstəxanasında dəhşət

ŞOK! Qazax Rayonlararası Ruhi Xəstəxanasında dəhşət

885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı