Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Elmar Vəliyevin mini-korrupsiya gedişi

Elmar Vəliyevin mini-korrupsiya gedişi — Təkcə sənədin hazırlanmasına 120 min manat xərclənib — Büdcə pulları belə yeyilir…

Yerli icra hakimiyyətlərinin dövlət büdcəsindən müxtəlif təyinatlar üzərə ayrılan vəsaitlərə necə xüsusi iştaha ilə yanaşdıqlarını sübutlayan yetərincə faktlar açıqlanıb. Görünəni odur ki, rayon icra başçılarını bu gün görülən, görüləcək işin keyfiyyətindən daha çox, ayrılan vəsaitin xərclənməsində yol veriləcək yeyinti daha çox maraqlandırır.

Elə buna görə də büdcə vəsaitlərinin xərclənməsini sübutlayan hesabatlarda belə aşkar şəkildə duyulanı amansız talançılıq hissidir.

Belə faktlardan biri — bəlkə də ən xırdası ilə bağlı məlumat verən bilgili qaynağın iddiasına görə, hələ 2013-cü ildə Gəncə şəhər icra hakimiyyəti adından yol verilən korrupsiya faktı bu gün də əksəriyyətdə heyrət doğurmaqdadır.

Belə ki, Gəncədə inşası həyata keçirilən Aqrar Universitetin tələbələri üçün nəzərdə tutulan yataqxananın layihə-smeta sənədlərinin hazırlanmasına Gəncə ŞİH tərəfindən fövqəladə hallar nazirliyinə 120 min manat pul ödənilib. Bəli, məhz 120 min manat.

Danışan mənbə bildirir ki, təkcə sənədləşməyə bu şəkildə pulun xərcləndiyi bir layihədə başçının digər məqamlarda nə qədər dövlət pulunu «xırıd» etdiyini təxmin etmək o qədər də çətin deyil…/dia/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10