Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Eldəniz Quliyevin hökmü dəyişmədi

Aprelin 1-də Apelyasiya Məhkəməsində Milli Şuranın üzvü Eldəniz Quliyevin işindən verilən şikayətə baxılıb. Ötən Apelyasiya Məhkəməsində Nəsimi rayon Məhkəməsinin qərarının ləğvi və işə bəraətverici əsaslarla xitam verilməsi istənilib. Məhkəmə şikayəti təmin etməyib. Apelyasiya Məhkəməsinin bu qərardan Ali Məhkəməyə verilən şikayət də təmin olunmayıb. Mahiyyəti üzrə iş yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarılıb.

Vəkil Elçin Sadıqov deyib ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyev iştirak etməyib: “Hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı. Növbəti addım kimi Ali Məhkəməyə şikayət veriləcək. Şikayətimiz təmin olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək onu 480 saat müddətində ictimai işlərə və 1000 manat cəriməyə məhkum edib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber