Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2015

Əliyevlər ailəsinin nefti ucuzlaşdı

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 56‚96 dollardır. Azərbaycan neftinin qiyməti 0‚31 dollar, yaxud 0‚54% ucuzlaşıb.

Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşmağa davam edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,22 % (1.08 dollar) azalaraq 47,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.18 dolar enərək 55,11 dollar olub.

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi./ans/
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
19.05.17, 21:19
Nağıllar hökuməti
19.05.17, 09:35