Səudiyyə vəhabiləri Yəməndə 40 dinc insanı qətliam etdi

Səudiyyə Yəməndə 40 dinc insanı qətliam etdi: Koalisiyanın 1 təyyarəsi vuruldu, əsas hərbi baza Ənsərullahın nəzarətinə keçdi
Yəmənin Ənsarullah Husi Hərəkatı qüvvələri bu gün Qırmızı dənizdəki Bab əl-Məndab boğazının hərbi bazasında nəzarəti ələ almağa nail olub.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, 17-ci zirehli briqadaya tabe olan qüvvələr Taizin Debab bölgəsindəki hərbi bazanın qapılarını Ənsarullah qüvvələrinə açıblar.
Ötən gecə isə Ənsarullah ilə Yəmən ordu qüvvələri Taiz şəhərini bombalamağa çalışan daha bir təyyarəni vuraraq yerə salmağa nail olublar.
Səudiyyə və müttəfiqlərinin döyüş təyyarələri Yəmənə qarşı təcavüzkar hücumun 6-cı günündə Şibvə şəhərində həyata keçirdikləri hava zərbələrində hərbi məntəqələrlə yanaşı yaşayış məskənlərini də hədəfə alınıb. Bu gün işğalçı koalisiya qırıcılarının Yəməndə Hudeydə bölgəsində süd fabrikini bombalaması nəticəsində həyatını itirənlərin sayı 37 nəfərə çatıb. Xilasedicilər hələ də hadisə yerində işlədiyindən ölənlərin sayının artacağı istisna edilmir.
Səudiyyə qırıcıları həmçinin Ədən şəhərinin aeroportu və bir sıra mülki əraziləri də bombalayıb. Həccac bölgəsində qaçqınların düşərgələrinin bombalanması nəticəsində isə 6 nəfər həyatını itirib.
Səudiyyənin mülki vətəndaşlara qarşı hücumlarına görə, BMT və Avropa Birliyi dünən sərt reaksiya bildirib. UNİSEF əməliyyatlarda 62 uşağın qətliam edildiyini açıqlayıb.