Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Rusiyada batan gəmidə həmyerlilərimiz də olub

Qəzada 54 nəfərin öldüyü bildirilir

Heyət üzvlərindən 54-nün öldüyü xəbər verilir

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

“RİA Novosti”nin verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.

Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.

Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Uzaq Şərq” traulerinin uzunluğu 104 metr, eni 16 metr, tonnajı 5,7 tondur./apa/
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:08