Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

"Bizə qarşı olan bu etimadsızlıq ortadan qaldırılmalıdır"

İran XİN rəhbəri: “Müzakirələrdə İran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməzdir”

İranla “altılıq” ölkələri arasında davam edən nüvə müzakirələrində İran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməz və keçərsizdir”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran dövlət televiziyasının beşinci kanalının “Günəşli gecə” proqramında suallar cavablandırarkən bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində ilk dəfə nazirlər səviyyəsində olub: “Bu toplantıda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri müsbət davranış nümayiş etdirdilər və İranın dinc məqsədli nüvə texnologiyasından yararlanmasını rəsmi şəkildə tanıdıqlarını söylədilər. Bir çox Qərb dövlətlərinin davranışlarına etimad göstərmirik. Çünki son bir neçə il ərzində İranın nüvə proqramında kiçik bir dəyişiklik baş verməsə də, rəsmi Tehranı yersiz və səbəbsiz olaraq BMT Təhlükəsizlik Şurasının təzyiqi altında qoydular. Bu isə etimadsızlıq mühiti yaradan amillərdəndir. Bizə qarşı olan bu etimadsızlıq ortadan qaldırılmalıdır”.
1696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat