Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

27 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var.
Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq
Noyabrın 27-si axşam Respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 01-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi
gözlənilir. Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin
güclənəcəyi gözlənilir.
1877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30