Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

İstanbulda polis idarəsinə silahlı basqın: ölən və yaralananlar var

Üzərində partlayıcı qurğu, avtomat və tapança olan terrorçu qadın öldürülüb 

İstanbulda  polis idarəsinə silahlı hücum edərkən öldürülən terrorçu qadının kimliyi bəlli olub. APA-nın Türkiyənin rəsmi "Anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə,  öldürülən terrorçu qadının Elif Sultan Kalsen olduğu müəyyən edilib.  Məlumata görə, hücum zamanı o polis nəzarət məntəqəsinə iki əl qumbarası atıb. Onun üzərindən avtomat silah, tapança və partlayıcı qurğu götürülüb. Hücumda digər şəxslərin iştirak edib-etmədiyi araşdırılır. Qeyd edək ki, atışma zamanı yüngül güllə yarası almış iki polis əməkdaşı və mülki şəxs xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, yanvarın 6-da İstanbulun Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-kamikadze özünü partladıb. Nəticədə terrorçu qadın və bir polis əməkdaşı ölüb, daha bir asayiş keşikçisi isə yaralanıb.

Hadisədən sonra partlayışı törədən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsen olduğu bildirilmişdi. Lakin sonradan partlayış törədən qadının Rusiya vətəndaşı çeçen əsilli Diana Ramazanova olduğunu məlum olmuşdu

Qeyd edək k, Elif Sultan Kalsen daha öncə Türkiyə xüsusi xidmət qurumları tərəfindən “canlı bomba” siyahısına daxil edilmişdi.  



772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber