Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Məhəmməd Cavad Zərif: Bu imkan bir də təkrarlanmayacaq

İsevçrənin Lozanna şəhərində İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair aparılan danışıqlar prosesinin son müddəti başa çatsa da, tərəflər bu gün də müzakirələri davam etdirəcəklər. Amerika Birləşmiş Ştatları hökuməti İranla razılığa gəlmək üçün Tehrana bir gün daha vaxt verib. Ağ Ev rəhbərliyi bildirib ki, Amerika hökuməti irəliləyiş olmayacağı təqdirdə, danışıqlardan geri çəkiləcək.

“Danışıqlarda mövqeyimiz dəyişməyib. Əgər irəliləyiş olduğunu görsək, prosesi yarımçıq qoymarıq. Heç bir irəliləyiş olmadığı təqdirdə isə, Amerika və beynəlxalq ictimaiyyət danışıqlarından geri çəkilməyə hazırdır. Biz danışıqlardan nələr gözlədiymizi bəyan etmişik” - deyə Ağ Evin mətbuat katibiI Coş Örnst bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərb liderlərini bu tarixi imkandan istifadə etməyə və razılığa gəlməyə çağırıb. Zərif qeyd edib ki, İran razılaşmanın baş tutması üçün siyasi iradə nümayiş etdirib.

“Ümid edirik ki, qarşı tərəf də razılaşmaya nail olmaq üçün siyasi iradə nümayiş etdirəcək. Görünür, bəzi problemlər məsələnin həllinə mane olur. Ümid edirəm ki, həmkarlarımız bunun unikal bir imkan olduğunu anlayacaqlar. Bu imkan bir də təkrarlanmayacaq. Onlar bundan istifadə etməlidir”.

Tərəflər arasında yekun razılıq olmayacağı təqdirdə, xəbərdarlıqlara baxmayaraq, danışıqlar prosesinin uzadılacağı ehtimal olunur./ans/
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37