Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2015

Övladları əlindən alınmış ana kömək istəyir

Ülviyyə Həsənova adlı bir vətəndaş başına gələnlərlə bağlı «Azadlıq»a şikayət məktubu göndərib. Məktubu təqdim edirik:
“Mən Həsənova Ülviyyə Fərman qızı 2002-ci ildə Həsənov Rauf Kamil oğlu ilə ailə həyatı qurmuşam. Bu izdivacdan 3 övladımız dünyaya gəlib. Bu illər ərzində həyat yoldaşım, baldızlarım, qayınatam və qayınanam tərəfindən təzyiqlərə məruz qalmışam. Məni təhqir ediblər, alçaldıblar.
Qayınatam həddindən artıq varlı adam olduğu üçün istədiyi hərəkəti edir və heç kimdən qorxmadığını bildirir. Məni məcbur edirdilər ki, evi tərk edim. Uzun əziyyətlərdən sonra 25.02.2014- cü ildə atam evinə qayıtmağa məcbur oldum. Övladlarımı mənə vermədilər. 10 ay müddətində dəfələrlə aidiyyatı orqanlara müraciət etmişəm. Ana-uşaq hüquqlarını qoruyan komitələrə müraciət etdim, Prezident Aparatında, Səbail rayon icra hakimiyyətində oldum, Milli Məclisə getdim, dəfələrlə məktublar yazmışam. Amma heç bir faydası olmayıb. Yasamal rayon Icra Hakimiyyətinin qəyyumluq və himayədarlıq şöbəsi mənim əleyhimə rəy yazdı. Səidə adlı xanım azyaşlı uşaqlarıma məcburi anadan imtina ərizəsi yazdırıb, oğlum Kamil və qızım Gülxarı məndən məcburən imtina etdirdilər. Dəfələrlə uşaqların təhsil aldığı 6 nömrəli məktəbdə olmuşam. Müəllimlərlə, məktəbin direktoru ilə görüşüb, vəziyyəti izah etmişəm. Amma bu adamlar mənim bir dəfə də olsun məktəbə gəlmədiyimi, uşaqlarla maraqlanmadığımı iddia edərək, rəsmi sənədə imza atdılar. Qayınatam imkanlı olduğu üçün hamını pulla ələ ala bilib. Yasamal rayon məhkəməsinin hakimi Şeyda Həsənova saxta ittihamlarla qarşı tərəfin xeyrinə qərar çıxardı və uşaqlarımı məndən aldılar. Hansıki, mənim əlimdə ciddi dəlillərim var idi. Qarşı tərəf isə heç bir dəlili olmadığı halda, qalib gəldi. Qanun, ədalət budurmu? Mən ölkə başçısına müraciət edirəm. Bu ölkədə imkanlı olanlar, nə vaxta qədər kasıbların haqqını yeyəcək?
Əgər mənim problemimə obyektiv baxılmasa, aidiyyatı orqanlar səsimi eşitməsə, vətəndaşlıqdan imtina edəcəm.
Mənim bir ana kimi övladlarıma sahib olmaq, onları böyütmək haqqım var”.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi