Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

Eldəniz Quliyevdən ziyalılara müraciət

“5 aprel mitinqində iştirak etmək hər bir ziyalının borcudur”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev facebook səhifəsində ölkə ziyalılarını 5 aprel aksiyasında iştirak etməyə səsləyib. Həmin çağırışı oxucuların diqqətinə çatdırırıq:
“Ziyalı bəndə, ilk növbədə xalqın vicdan simvolu və Onun ruhunun təmsilçisi sayılır. Məncə, əsl ziyalı lakmus kağızı kimi,millətinin ağrı-acısını, dərd-sərini, göz yaşlarını və əlbəttə ki, sevincini, fərəhini özündə əks etdirməli, özünə hopdurmalıdır. Bu, onun yazılmamış Missiyası və yazılmış Alın Yazısıdır! Əgər bu gün millət gözgörəti talan edilirsə, alçaldılır, təhqirə məruz qalırsa, madiyyatı,rifahı,haqqı,qüruru, mənəviyyatı və əxlaqı ayaqlar altına,fədakar siyasi insanları isə zindanlara, atılırsa, - hamıdan qabaq aydın insanlar dikəlməli, önə düşməli,təzyiq və zərbələrə sinə gərməkdən qorxub - çəkinməməlidir!
Xalqın arzusu,sifarişi ilə keçirilən etiraz aksiyalarında fəal iştirak edin! Və bu, çağrış, yaxud xahiş-minnət deyil. Bu,özünü xalqın ziyalısı sayan hər bir insanın həm borcu, həm də vəzifəsidir!”
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP