Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Müxalifət mitinq hazırlıqlarına başladı

Milli Şuranı təşkil edən partiyalar intensiv məsləhətləşmələr aparırlar.

Burada əsas mövzu Avropa Birliyinin Vilnüs sammiti ərəfəsində, yaxud da həmin günlərdə Bakıda kütləvi aksiya keçirtməkdir. Bu barədə Musavat.com-a müxalifətdəki partiyalardan birinin lideri məlumat verib. O deyib ki, artıq bir sıra MDB ölkələrində, o cümlədən də Ermənistanda öz iqtidarlarını Avrointeqrasiyaya çağıran aksiyalar keçirilib.

“Doğrudur, Azərbaycan prezidenti Vilnüsə, Avropa Birliyinin sammitinə getmək qərarı verdi; əgər belə olmasaydı mitinqin şüarları və xarakteri iqtidarın əleyhinə olacaqdı; lakin yenə də belə bir aksiyaya ehtiyac var.

Qeyd etmək lazımdır ki, Müsavat Partiyası həftənin başlanğıcında Azərbaycan hakimiyyətinin Vilnüsdə keçiriləcək sammitdə yüksək səviyyədə iştirak etməsi çağırışı etdi və əslində cavab da aldı. Lakin bu tədbirdə Azərbaycanın Avropa ailəsinin tərkib hissəsi olması istiqamətində konkret və qətiyyətli qərarlar qəbul etməsi məqsədəuyğun sayılır. Bakıda keçiriləcək aksiya Azərbaycan iqtidarını bu məsələyə daha ciddi yanaşmağa təşviq edə, eyni zamanda, rəsmi Bakını sıxışdıran Rusiyaya da önəmli mesaj ola bilər”

Məlumata görə, kütləvi aksiya ilə bağlı qərar hər an verilə bilər və müxalifət razılıq üçün meriyaya sadəcə bildiriş göndərərək, mitinqi elan edə bilər.
2092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı