Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

Qarabağ əlili İlham Əliyevə nələr yazdı?

«Sizin iqtidardan və məmurlarınızdan təhdid, təhqir, yalan, ayrı-seçkilik, rüşvətxorluq və sair iyrənc əməllərdən başqa heç nə görmədim»

Ismayıllı rayon Lahıc qəsəbə sakini, birinci qrup Qarabağ əlili Nasur Məmmədov Ilham Əliyevə müraciət edib. Qarabağ əlili müraciətin bir surətini də “Azadlıq” qəzetinə yollayıb. Nasur Məmmədov yazdıqlarını olduğu kimi təqdim edirik: “Cənab prezident, siz son müşavirələrinizdə bəyan etdiniz ki, xalqın birinci xidmətçisi mənəm.
Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşaraq 8 güllə yarası almışam, sağlamlığımı itirmişmə. Sizə mənzil şəraitimin bərbad vəziyyətdə olması ilə bağlı son 7 ildə çoxsaylı müraciətlər etmişəm. Lakin heç bir nəticəsi yoxdur. Mən bu illər ərzində sizin iqtidardan və məmurlarınızdan təhdid, təhqir, yalan, ayrı-seçkilik, rüşvətxorluq və sair iyrənc əməllərdən başqa heç nə görmədim. Görünür, sizin təmsil etdiyiniz iqtidar bu anti-insani, anti-bəşəri dəyərlər üzərində bərqərar olub. Mənim ayaqlarımda və bədənimdə 18 ildir güllə dəymiş yerlərdən irin axır. Dəfələrlə müraciət etmişəm, heç kim maraqlanmayıb.
Cənab prezident, bir neçə aydan sonra Azərbaycanda Avropa Yay Oyunları keçiriləcək. Bilirik ki, bu yarışa gələcək bütün idmançıların, hətta düşmən Ermənistanın idmançılarının xərclərini Azərbaycan dövləti ödəyəcək. Təsəvvür edirsinizmi ki, bu bizlər üçün nə deməkdir? Torpaqlarımızın 20 faizini işğal etmiş erməni gəlib vətənimizdə yeyib-içəcək, kef çəkəcək, ancaq Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş qazilərimiz əzab-əziyyət içində yaşayacaq. Mənim 4 övladım var. Mən onları normal yedirdə, içirdə, geyindirə bilmirəm. Çünki imkanım çatmır. Ancaq bu gün ölkəmdə mənasız yerə bu xalqa heç bir faydası olmayacaq, milyardlar bahasına başa gələcək yarış keçirilir. Bu qədər varlısınızsa müharibə əlillərinin, şəhid ailələrinin qan pulunu verin. Bu gün gözlə görünən budur ki, sizin iqtidarınız dövründə yalnız fərarilər, rüşvətxorlar yuxarı başa keçirdilir. Ona görə də bu gün siz nə ədalətdən, nə də korrupsiyadan danışın. Çünki siz bunlar haqqında danışdıqca insanlara qarşı ədalətsizlik artır, korrupsiya daha da çiçəklənir. Bu gün Azərbaycanda hansı ailənin 1500-2000 AZN pulu yoxdursa həmin ailənin övladı ön cəbhədə səngərdə erməni ilə üz-üzə xidmət eləməlidir. Bu gün Qarabağ əlilləri üçün dövlət büdcəsindən ayrılmış vəsaitlərin böyük əksəriyyəti ayrı-ayrı məmurlar tərəfindən mənimsənilir. Bu gün Azərbaycanda ancaq kasıb balaları şəhid olur, əlil olur. Məmur övladları isə naz-nemət içində xarici dövlətlərdə yaşayır. Bu gün bizləri adam yerinə qoymurlar. Baxın, budur Azərbaycan həqiqətləri, cənab prezident! Sonda onu diqqətinizə çatdırmaq istəyirəm ki, uzun illərdir sizə yüzlərlə müraciət etmişəm. Hər dəfə də bir cür cavab,ancaq başqa cür əməl görmüşəm. Artıq sizə inanmıram, cənab prezident! Sizə inanmadığım üçün də mövcud iqtidarınıza da inanmıram. Hesab edirəm ki, nə qədər ki, sizlər iqtidar başındasınız mənim problemlərim həll olunmayacaq, əksinə günü-gündən daha da dərinləşəcək".
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:42