Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

Hakimiyyətin didərgin saldığı vətəndaşlar

Dünyanın hansı yerində faciə baş verirsə, qurbanlar siyahısında azərbaycanlılar da olur

Azərbaycan xalqı müstəqillik qazanmaq üçün xeyli itkilər verdi. Uzun illərdən sonra ölkə vətəndaşları sevindilər ki, artıq müstəqil dövlətin vətəndaşlarıdılar və sərvətlə zəngin bir ölkədə qayğısız yaşayacaqlar. Amma Azərbaycan vətəndaşlarının bu arzuları ürəklərində qaldı. Yəni ölkə müstəqil olsa da, vətəndaş azad ola bilmədi.
Əksinə, bugün nə qədər insan tapmaq olar ki, sovet dövrünün xiffətini çəkir. Bəli, mövcud hakimiyyət elə bir siyasət yürütdü ki, ölkə vətəndaşı “xalqlar həbsxanası”nın müsbət tərəflərini xatırlamalı oldular. Sovet dövrünün repressiyalarından tutmuş, orta əsrlərin qanunsuz idarəetmə üsullarına qədər bütün pislikləri bu xalqın üzərində sınaqdan keçirdilər. Indi 9 milyonluq ölkənin vətəndaşları dünyanın hər yerinə səpələnib. Dünyanın istənilən ölkəsində Azərbaycan vətəndaşının izi var. Müstəqil dövlətin vətəndaşları ölkədən qaçmağa məcbur qalıb.
Bütün bunları niyə xatırlatdım? Diqqət etmisinzsə, dünyanın hansı yerində zəlzələ, qəza, partlayış, terror hadisəsi baş verirsə, zərərçəkənlər arasında Azərbaycan vətəndaşları olur. Suriyada döyüşməyə gedənlərin, IŞID-ə pənah aparanların arasında da azərbaycanlılar var. Bugünlərdə isə Oxot dənizində Rusiyaya məxsus gəminin batması xəbəri yayıldı. Oxot dənizində “Dalniy Vostok” adlı balıq ovlayanların gəmisinin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Kamçatka yarımadasına yaxın bölgədə baş verən qəza zamanı gəmidə olan 130 sərnişin və şəxsi heyyətdən hələlik 63-ü xilas edilib, 15 nəfərin axtarışı isə davam etdirilir. Ölənlərin içərisində azərbaycanlılar da var. Bəli, bu faciəli hadisədən də vətəndaşlarımız “nəsib”ini alır.
Yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkənin vətəndaşları xoşbəxt anların deyil, faciələrin iştirakçısına çevrilib. Azərbaycan hakimiyyətinin 22 illik “töhfə”si bundan ibarət oldu. Vətəndaş ailəsini, doğmalarını, böyüdüyü el-obasını atıb, Rusiyanın çöllərində fəhləlik etməyə məcbur oldu. YAP hakimiyyətinin analoqsuz inkişafının nəticəsidir ki, vətəndaşlar həyatlarını risk altına qoyaraq yaşayırlar.
Bir sözlə, bu hakimiyyət vətəndaşlara çeşidli xidmətlər, yüksək qayğı göstərə bilməsə də, çeşidli faciələrin qurbanına çevirə bildi. Bəli, yalnız ölkə daxilində deyil, ölkənin hüdudlarından kənarda da vətəndaşın iniltisi eşidilməkdədir./azadlıq/
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34