Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2015

Vəkil: Hacı Ceyhun Cəfərov ona irəli sürülən ittihamları rədd edir

Cavad Cavadov dünən ilahiyyatçı Hacı Ceyhun Cəfərovla görüşüb
Vəkil Cavad Cavadov bir müddət əvvəl həbs edilən və MTN təcridxanasında saxlanılan Hacı Ceyhun Cəfərovla görüşüb.
Bu haqda Cavad Cavadov özünün sosial şəbəkə profilində mıəlumat verib: " Dünən Milli Təhlükəsizlik Nazirliyində saxlanılan Hacı Ceyhun Cəfərovla görüşdüm. O, ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamını qətiyyətlə rədd edir və məndən hamıya onun günahsız olmasını çatdırılmasını istədi".
Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib./Islamazeri/
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı