Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Vəhabi olmuş Erməni Suriyada öldürüldü - Foto

Vəhabi olduqdan sonra Suriyada terrorçulara qoşulan Egiş Karapetyan adlı erməni döyüşlərdən birində Əsəd əsgərləri tərəfindən vurularaq öldürülüb.

Ancaq Suriyada bu günə qədər görünməmiş bir hadisə baş verib .

Pressmedyanın xəbərə görə Ermənistanın paytaxtı İrəvanda doğulmuş Egiş Karapetyan vəhabi olduqdan sonra Suriyaya gedərək müxaliflərin cərgəsinə rejimə qarşı mübarizə aparıb. Adını  dəyişdirərək Abdullah qoyur.

"Facebook"da Müsəlman Ermənilər adlı səhifədə yazılan xəbərə görə Əbu Məhəmməd əl-Erməni təxəllüsündən istifadə edən Karapetyanın 5 övladı var.

Karapetyan 10 il əvvəl vəhabi olduqdan sonra Məkkəyə gedərək hacı olub. Daha sonra Misirə gedərək İslami elmlərdən təhsil alıb.  

Karapetyan kimi çox sayda Erməni əsilli vəhabilər Suriyada terroristlərə qatılmaq üçün bu ölkəyə getdiyi ifadə edilir. 

 

1907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber