Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

AİP İran xalqını təbrik etdi

Azərbaycan İslam Partiyası BMT-nin Təhlükəsizlik Şurasında İranın nüvə proqramı üzrə İsveçrənin Lozanna şəhərində qəbul etdiyi qətnamənin təsdiq olunması münasibəti ilə İran xalqını təbrik edib.



Təbrikdə deyilir:

- Bismillahir Rəhmanir Rəhim

Nəhayət ki, uzun illərin mübarizəsindən sonra İran İslam Respublikasının, İran xalqının gələcək tarixi inkişafı və parlaq taleyi ilə bağlı haqq işi qələbə ilə nəticələnmək ərəfəsinə qədəm qoydu.

İran və BMT Təhlükəsizlik Şurasının beş üzv ölkəsi və Almaniya arasında İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramına dair günlərlə davam edən gərgin danışıqlar uğurla başa çatdı, tarixi razılıq əldə olundu. Lozannada keçirilən mətbuat konfransında Avropa Birliyinin Ali Komissarı Federika Moqerini və İran Xarici İşlər Naziri Muhəmməd Cavad Zərif tərəfindən Altılıq ölkələrinin razılıq bəyanatı səsləndirildi.

İran xalqının haqq işinin qələbə çalması-bununla da İrana qarşı əvvəlki bütün ədalətsiz qətnamələrin qüvvədən düşəcəyi, İranın heç bir nüvə obyektinin öz fəaliyyətini dayandırmayacağı, o cümlədən, Naranze, Fordo, İsfahan və Arakedə dinc nüvə fəaliyyətinin davam edəcəyi, BMT Təhlükəsizlik Şurasının bütün sanksiyalarının, həmçinin, ABŞ və Avropa Birliyi ölkələrinin iqtisadi və maliyyə embarqolarının aradan qaldırılacağı, nüvə fəaliyyəti ilə əlaqədar istənilən yeni sanksiyaların qadağan ediləcəyi, İranın nüvə proqramının ölkənin bütün elmi sahələrinin inkişafında səmərəli istifadə olunaraq ölkənizin eimi potensialının daha da yüksələcəyi münasibətilə, öncə Böyük Rəhbər Müəzzəm, həzrət Ayətullah Əli Xamenei ağanı, cənab Prezident Həsən Ruhanini, çoxmilyonlu İran xalqını bu böyük qələbə münasibətilə təbrik edir, Allah təaladan ölkənizin inkişaf yolunda Sizlərə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə: Azərbaycan İslam Partiyası
03.04 2015
İslaminsesi
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı