Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Moskva səması bağlanır

Moskva səması aprelin 6, 8 və 10-da Qələbə paradından əvvəl təyyarələrin təlim məşqləriylə əlaqədar bağlanacaq.

Bu günlər ərzində Moskva hava məkanı bağlı olacaq.

"Paradda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin aviasiya qruplarının hazırlığı üçün Moskva ətrafı "Alabino" meydançasında aprelin 6, 8 və 10-da birinci tam tərkibli məşqlər keçiriləcək. Rusiya Hərbi Hava Qüvvələrinin Baş Qərargahının sorğusu üzrə göstərilən günlərdə Moskva hava məkanında uçuşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bütün hava gəmilərinin uçuşlarına məhdudiyyətlər qoyulacaq", - deyə xəbərdə bildirilir.

Moskva aeroportlarının hava məkanı "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" bu günlərdə səhər saatlarında bir saat təyyarələrin uçuşu olmayacaq./ans/
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP