Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Peyğəmbər (s) dövrünə aid Quran tapıldı

Səhifələrin həmin illərə aid olduğu Sürihdəki laboratoriyada aparılan incələmələrdən sonra sübuta yetirilib.

Almaniyanın paytaxtı Berlindəki dövlət kitabxanasında Həzrət Muhamməd (s) dövrünə aid olduğu güman edilən Qurani-Kərim səhifələri tapılıb. 7 səhifə perqament üzərinə yazılmış Quran nüsxələrinin 606 ilə 652-ci illərə aid olduğu güman olunur. Səhifələrin həmin illərə aid olduğu Sürihdəki laboratoriyalardan birində aparılan incələmələrdən sonra sübuta yetirilib.

“Maerkische Allgemeine Zeitung” qəzetinin xəbərinə görə, dövlət kitabxanasının mətbuat sözçüsü Janette Lyambliy bu nüsxələrin “Corpus Coranicusm” layihəsi çərçivəsində incələndiyini, Avropada olan bütün Qurani Kərimlərin bu layihə çərçivəsində elmi araşdırmadan keçdiyini bildirib.

Bu nüsxələrin isə 100 ildən artıq bir müddətdir Almaniya dövlət kitabxanasında olduğu bildirilir.

Misirin paytaxtı Qahirədə yaşayan bir alimə miras qalmış nüsxələrin XIX əsrin sonunda, XX əsrin əvvəlrində Almaniyaya aparıldığı güman olunur.
893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı