Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Peskov: “Putin xəstələnəndə bülletenə çıxmır...”

Rusiya prezidenti Vladimir Putin xəstələnəndə adətən bülletenə çıxmır, işləməkdə davam edir. Rusiya KİV-i xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Çox vaxt hətta o, xəstə olanda da çalışır”, - deyə Peskov Kreml başçısının həqiqətən martın əvvəllərində xəstələnməsi üzündən publikaya çıxmadığı barədə “The Times” qəzetinin son sayında gedən məlumatı şərh edərkən söyləyib.

“Əlbəttə ki, dəqiqini “Times” qəzeti bilər” – zarafatyana əlavə edib Kremlin mətbuat katibi.

Yada salaq ki, Putinin xəstələnməsi ilə bağlı xəbərləri Peskov KİV-lərə şərh eləməkdən imtina eləmişdi. Az sonra üzə çıxan Putinin özü isə söz-söhbətlərə təbəssümlə belə reaksiya vermişdi: “Dedi-qodusuz darıxdırıcı olardı ki...”
733 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber