Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Əzhərin tələbə qızları dekanı girov götürdü

Misirdə hərbi çevrilişə etiraz aksiyaları zamanı həbs olunan tələbə yoldaşlarının sərbəst buraxılmasını istəyən Əzhər Universitetinin tələbə qızları dekanı girov götürüb.
Misirin şərqindəki Əzhər Universitetində tələbə qızlar aksiyalar zamanı universitet mühafizəçiləri tərəfindən tutulan tələbə yoldaşlarının sərbəst buraxılması üçün İslam Araşdırmaları fakultəsinin dekanı Mehcə Qalibin yarım saat ərzində otağından çıxmasına imkan vermiyiblər.
Fakultənin bağçasında təşkil etdikləri aksiyadan sonra tutulan 2 tələbə yoldaşının sərbəst buraxılmasını tələb edən tələbələr arxa qapıdan binaya daxil olaraq dekanı otağında yarım saatdan çox girov saxlayıblar. Dekanın otağından çıxmasına imkan verməyən tələbələr həbs olunnmuş yoldaşlarının sərbəst buraxılmasına nail olublar.
Dekan daha sonra fakultəyə gələn polislərə tələbələrin fakultədən uzaqlaşmasından sonra yaxşı olduğunu söylədiyi qeyd olunur.
Digər yandan Əzhər Universitetinin Mühafizə xidmətinin rəisi Məcdi Abbas fakultəyə girmə hadisəsinə qarışdığına görə 2 tələbə qızın tutulduğunu və lazımi tədbirlərin görüldüyünü ifadə edib. İslam Araşdırmaları fakultəsində universitet mühafizəçilərinin təzyiqlərindən qurtulması, həbsdə olan tələbələrin sərbəst buraxılması və tələbələrin öldürülməsinə səbəb olanların cəzalandırılması tələbi ilə aksiya keçirilmişdi.
1739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12: