Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Çində internet xəstələrinə hərbi xəstəxana – Foto

Çində müasir dövr xəstəlikərindən internet və texnologiya asılılığı olan gənclər Daksinq İnternet Asılılığı Müalicə Mərkəzində (İATC) müalicə alır.

Deili Meil xəbər verir ki, mərkəzdən bu günə qədər çoxu kişi olmaqla 6 min nəfər müalicə alıb.

Mərkəzin iddiasına görə, gənclərin yüzdə 75%-i sağalaraq gedib. Hərbi təlim düşərgəsini xatırladan mərkəzin ideya müəllifi ölkəsində internet asılılığı mövzusunda öndə gedən mütəxəssislərdən hesab edilən Çin Xalq Qurtuluş Ordusunun nümayəndəsi polkovnik-həkim Tao Randır. Daksinq İnternet Asılılığı Müalicə Mərkəzi (İATC) 2006-cı ildən fəaliyyət göstərir.

Çin hökumətinin iddiasına görə, ölkədəki 632 milyon internet istifadəçisindən 24 milyonu internet asılılığından əziyyət çəkir. Tao Ran “wangyin”i, yəni internet asılılığını bir zehni xəstəlik növü hesab edib və xəstələrinin yüzdə 90%-nin normal sosial çevrəsi olmadığından depressiyada olduğunu söyləyib. Xəstələr gündə 14 saata yaxın ekranlara baxdıqları üçün kürək, göz problemləri və yemək pozğunluğu yaşayır.



Ran müalicə proqramı çərçivəsində düşərgədəki gəncləri elektronik alətlərdən tamamilə uzaq mühitdə, son dərəcə intizamlı proqrama daxil edir. Günə 06:30-dan başlayan gənclər hərbi intizam içində idman edir, gün ərzində müxtəlif dərmanlar da qəbul edirlər.
Düşərgənin tətbiq etdiyi müalicə üsullarını qəddar hesab edib tənqid edənlər olsa da, düşərgənin uğurlarını tam dana bilmirlər.

İATC Çindəki tək internet müalicə mərkəzi deyil, “World of Warcraft” kimi onlarla oyunların ölkədə həddindən artıq oynanıldığı ölkədə bu tip klinikaların sayı təxminən 300-ə qədərdir.

Qeyd edək ki, Çinin əksər internet kafelərdə müştərilərin yorğun olanda yatması üçün yataqlar belə var./axar/
672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<