Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

ARDNŞ xaricə benzini daxildən 2 dəfə ucuz satır

Neft şirkəti xaricdə 1 litr benzini 45-ə, daxildə isə 74 sentə təklif edir
Samir Əliyev: «SOCAR-ın xaricdə satdığı benzinin daxildən ucuz olmasının başlıca səbəbi şirkətin daha çox gəlir əldə etmək istəyidir»

Iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə ARDNŞ-in dünya bazarına çıxardığı yanacağın qiymətləri ilə bağlı maraqlı statistik məlumat paylaşıb: “Dövlət Neft Şirkəti martda dünya bazarlarına ixrac etdiyi neft məhsullarının qiymətini açıqlayıb. Məlum olub ki, 1 ton benzin 592.4 dollara, 1 ton dizel yanacağı 509.5 dollara ixrac edilib. 1 ton benzinin 1330 litrə, 1 ton dizelin 1300 litrə ekvivalent olduğunu nəzərə alsaq, deməli SOCAR 1 litr benzini 45 sentə, dizel yanacağını 39 sentə ixrac edib.

Daxildə isə biz SOCAR-ın benizinin hər litrini 74 sentə, dizelini isə 63 sentə alırıq. Fərq çox böyükdü - 50%-dən də çox. Ən azı aqrar sektora dəstək baxımından dizel yanacağının qiymətini ixrac qiyməti səviyyəsinə endirmək olar".
Bəs bu cür qiymət fərqinin yaranmasına səbəb nədir? Nəyə görə ARDNŞ xaricdə bir, daxildə isə başqa qiymətlər təklif edir?

Iqtisadçı Samir Əliyev bildirdi ki, manatın devalvasiyasından öncə bütün dünyada neftin qiymətinin enməsi üzündən benzin ucuzlaşsa da, Azərbaycanda bu baş vermədi. Hətta SOCAR-ın Gürcüstanda satdığı benzin ucuzlaşmasının fonunda Azərbaycanda heç bir dəyişiklik baş vermədi: “Həmin dövrdə Azərbaycanda da benzinin ucuzlaşdırılmalı olduğu məsələsi gündəmə gəldi. Sonradan yanacağın qiyməti iki qəpik artırılsada, qiymət artımı dərhal geri qaytarıldı. Bununla da benzinin ucuzlaşdırılması məsələsi gündəmdən çıxdı. Manatın devalvasiyası dövründə benzinin qiymətinin aşağı salınması labüd idi. Elə indinin özündə də bu vacibdir”.
SOCAR-ın yalnız yerli benzinləri satmadığını deyən S.Əliyev qeyd etdi ki, məsələn, SOCAR Rumınyadan benzini dollarla alır, elə dollarla da satır. Bəlkə də SOCAR-ın xaricdə satdığı benzinin qiymətinin ucuz olması bununla bağlıdır. S.Əliyevin sözlərinə görə, SOCAR-ın xaricdə satdığı benzinin daxildən ucuz olmasının başlıca səbəbi şirkətin daha çox gəlir əldə etmək istəyidir: “Digər tərəfdən, SOCAR-ın xərclərini optimalaşdırmasına ehtiyac var. Bu şirkətdə həddindən artıq işçi qüvvəsi mövcuddur. Düzdür, böhranı əsas götürüb ixtisarlara gedirlər. Amma başqa şirkətlərlə müqayisə etdikdə ortaya fərq çıxır. Hasilatın digər şirkətlərlə müqayisədə aşağı olmasına baxmayaraq, SOCAR-da işçilərin sayı ya xarici şirkətlərdəki qədərdir, ya da onlardan çoxdur. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanda neftin qiymətini bazar tənzimləmir. Qiyməti bazar tənzimləsydi, onun ucuzlaşması daha real olardı. Azərbaycandakı qiymətlər neftin qiyməti 100 dollardan baha olduğu zaman mövcud olan qiymətlərdir. Ucuzlaşmaya getməməyin heç bir iqtisadı əsası yoxdur. Burada məqsəd daha çox gəlir əldə etməkdir”./azadlıq/
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06