Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Həsən Ruhanidən Qərbə xəbərdarlıq

Həsən Ruhanidən Qərbə xəbərdarlıq: Vədlərə əməl edilməsə bütün seçimlər nəzərdən keçiriləcək
İran prezidenti Qərb ölkələrini öz vədlərinə sadiq qalmağa çağırıb

“Əgər qarşı tərəf vədlərini yerinə yetirməsə, bütün seçimlər İran xalqı qarşısında açıq olacaq.”

İnterAz-ın "İSNA" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani ötən gün canlı şəkildə televiziya vasitəsilə iranlılara müraciətində deyib.

O, Lozannada ilkin nüvə anlaşmasının əhəmiyyətindən danışıb və dünya ilə münasibətlərin qurulması üçün əsas addım sayıb.

O, nüvə anlaşmasında İranın verdiyi vədlərə əməl edəcəyini və qarşı tərəfi də öz sözünün üstündə durmağa çağırıb.

“Biz nüvə müzakirələrində dünyaya verdiyimiz vədlərin üstündə durmuşuq. Dünya bilsin ki biz, hiylə əhli deyilik və ikiüzlülükdən uzağıq. Əgər söz vermişiksə əməl edəcəyik, amma bu şərtlə ki, qarşı tərəf də öz vədlərinə əməl etsin. Əgər qarşı tərəf vədlərini yerinə yetirməsə, bütün seçimlər iran xalqı qarşısında açıq olacaq.” - deyə İran prezidenti qeyd edib.
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber