Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Səudiyyə kralı ağılsızlıqdan əziyyət çəkir

Sionist İsrail rejiminin Haaretz qəzeti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin ağılsızlıqdan əziyyət çəkdiyini yazıb.

Haaretz qəzeti Səudiyyənin Yəmənə təcavüzü haqda dərc etdiyi yazıda “Kral Salmanın 30 yaşlı oğlunu hələ gənc və təcrübəsiz olmasına baxmayaraq, Yəmənə qarşı başladılan “Qərarlılıq Fırtınası” əməliyyatına komandanlıq etdiyini bildirib.

Haaretz qəzeti Kral Salmanın oğlunun Səudiyyə universitetlərindən birində bakalavr təhsili almasına baxmyaraq dövlətin ən mühüm sayılan 3 postundan birində işlədiyini qeyd edib.

Kral Salmanın oğlu, eyni zamanda İqtisadiyyat Ali Şurasının sədri vəzifəsini də icra edir. Şura Kral Salman tərəfindən Səudiyyə Ərəbsitanının iqtisadiyyatını yaxşılaşdırmaq üçün qurulub. "Şahzadə Məhəmməd də Kral Məhkəməsinin Sədri vəzifəsini icra edir. O, həmçinin kimlərin Kral ilə görüşüb görüşməyəcəyinə qərar verir və Kralın həyata keçirdiyi siyasətləri müəyyənləşdirir".

Haaretz qəzeti Yəmənə müharibə mövzusunda şərh verməyin hələ tez olduğunu bildirib. Qəzet Səudiyyənin Yəmən məsələsində apardığı strategiyanın Yaxın Şərqdəki siyasətlərinin nə qədər uğurlu olub-olmamasının müəyyən edəcəyini qeyd edib. Bunun üçün 90 yaşlı yeni Kralın da çox çətin bir sınaqdan keçəcəyini də bildirib./Deyerler/
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47