Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Şimali Koreya raket atdı

Şimali Koreya dörd raket sınaqdan keçirib.

Bu barədə Cənubi Koreya hərbi sözçüsü bildirib. Onun sözlərinə görə, Şimali Koreya qərb sahilində dənizə doğru dörd qısa mənzilli raket atıb.

Cənubi Koreyanı birgə qərargahlar idarəsinin bəyanatında deyilir ki, raketlər Şimali Pxenyan vilayətindən atılıb və təxminən 140 km-lik məsafəni qət etdikdən sonra dənizə düşüb. Raketlərin hansı model olduğu bilinmir.

Bəyanatda bildirilib ki, Şimali Koreyanın bu addımı ABŞ və Cənubi Koreya arasında keçirilən hərbi təlimlərə cavab mahiyyəti daşıyır. Pxenyan hərbi təlimlərin işğal məqsədi daşıdığını desə də, Vaşinqton və Seul onların müdafiə məqsədli olduğunu bildirib.
898 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP